Jan 23 2020 17:17
Views: 156

SOCAR və Rusiyanın “Lukoil” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib. “Qoşadaş” strukturunda isə 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.


Create Account



Log In Your Account