Mar 11 2019 18:42
Views: 514

Dövlət Neft Şirkətinin baş ofisində “SOCAR Media”nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəsislər də daxil olmaqla ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, artıq beynəlxalq şirkətə çevrilən SOCAR bu seminarla medianın inkişafına töhfə vermək istəyir.

Semiarda tanınmış jurnalistlər və beynəlxalq ekspertlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun media nümayəndələri qarşısında çıxış ediblər. Onlar hər biri uzun illər beynəlxalq mediada təcrübəyə malikdir və Bloomberh, Sunday Times, Petroleum Economist, İndependt kimi nəşrlərdə çalışıblar.

Seminar çərçivəsində beynəlxalq jurnalistlər neft-qaz sahəsində uğurlu materiallar, auditoriya üçün daha anlaşılan reportajların hazırlanması, effektiv jurnalist fəaliyyəti barədə maraqlı məqamlardan danışıblar. Eyni zamanda diqqət yetirilən məsələlərdən biri yalan məlumatlarla mübarizə və belə informasiyaya aldanmamaq olub. 

Hər bir seminarın sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


Create Account



Log In Your Account