Mar 09 2019 15:50
Views: 707

“SOCAR Media” beynəlxalq qabaqcıl jurnalistikanın təcrübəsinin öyrənilməsi məqsədi ilə seminar keçirir. Bu haqda SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov CBC-nin Xəbərlər buraxılışında qonaq olarkən məlumat verib.

Qeyd olunub ki, “SOCAR Media” öz missiyasına sadiq olaraq, Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar təşkil edir. Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri seminarda iştirak etmək məqsədi ilə qeydiyyatdan keçə bilərlər.

Seminar martın 11-də SOCAR Tower-də keçiriləcək.


Create Account



Log In Your Account