Mar 09 2019 17:45
Views: 520

Martın 11-də SOCAR Tower-də “SOCAR Media” tərəfindən beynəlxalq qabaqcıl jurnalistikanın təcrübəsinin öyrənilməsi məqsədilə seminar keçiriləcək. Təlim Azərbaycanda neft-qaz və energetika sahəsində ixtisaslaşmış media nümayəndələri, həmçinin jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub. Əsas məqsəd jurnalistlərin bilik və bacarığının artırmasına vasitəçilik etmək, onların beynəlxalq səviyyədə təcrübə mübadiləsini təşkil etməkdir. Seminarda iştirak üçün 100-dən artıq jurnalist qeydiyyatdan keçib.

Seminarda SOCAR rəhbərliyi, eləcə də tanınmış beynəlxalq jurnalistlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun iştirak edəcəklər. Seminarda təşkil olumuş ayrı-ayrı sesiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı tanıtım; geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması; enerji mövzuları üzrə nece effektiv jurnalist olmalı; ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması; yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr keçiriləcəkdir. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

 


Create Account



Log In Your Account