Mar 01 2019 18:25
Views: 406

2019-cu ildə Dövlət Neft Şirkəti Neft Daşlarında yeni “Mayak” layihəsini  reallaşdırmağa hazırlaşır. Bu barədə CBC-yə müsahibəsində SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, layihə neft və qaz sahəsində istehsalın arıtılmasına yönəlib.

İbrahim Əhmədovun sözlərinə görə, layihə ötən il “28 may və “Abşeronneft” neftqaz çıxarma idarələrində start götürüb.

Gələcəkdə bu layihənin SOCAR-ın operativ idarəetməsi altında olan  bütün neftqaz və qaz kondensat yataqlarında gerçəkləşdirilməsi mümkün olacaq. Qeyd edək ki, Mayak layihəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə «McKinsey&Company» şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.   Layihənin pilot hissəsi “Azneft “ İstehsalat Birliyinin “28 may” neftqazçıraxma idarəsində gerçəkləşdirilib.


Create Account



Log In Your Account