May 09 2019 19:27
Views: 256

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibəti ilə SOCAR neft sənayesinin keçmiş əməkdaşlarından 17 nəfərini “Fəxri neftçi” döş nişanı ilə təltif edib. 
Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından 9 nəfəri “Azneft” İstehsalat Birliyi, 3 nəfəri Kompleks Qazma İşləri Tresti, digərləri isə SOCAR-ın müxtəlif müəssisələrində çalışıblar. SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək, onları təbrik edib, “Fəxri Neftçi” döş nişanları və pul mükafatlarını onlara təqdim ediblər.
İkinci Dünya Müharibəsində qazanılmış tarixi qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin ¾ hissəsi, emal olunan aviasiya benzini və yüksək keyfiyyətli yağların isə 85-90%-i Azərbaycanın payına düşüb. 1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının  71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

 


Create Account



Log In Your Account