Sep 23 2019 18:41
Views: 664

“SOCAR Azərbaycan hökumətinin dəstəyi ilə uğurlu iri layihələr həyata keçirir”. Bu barədə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov CBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, qarşıdakı illərdə daha bir neçə iri layihənin reallaşdırılması nəzərdə tutulur.

Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın Fransanın “Total” şirkəti ilə birlikdə icra etdiyi Abşeron yatağı layihəsi üzrə artıq ilk sualtı quyunun qazma işləri yekunlaşmaq üzrədir. “Azəri-Çıraq-Günəşli” blokuna bilavasitə aidiyyəti olan növbəti layihə isə “Qarabağ” yatağı ilə bağlıdır.

Yaşar Lətifov deyir ki, “Azəri-Çıraq-Günəşli” Xəzərdə ehtiyatlarla bol olan ilk və son yataq deyil. Bundan sonra “Şahdəniz” yatağı kəşf olunmuşdu ki, bu yataq indi “Cənub Qaz Dəhlizi”nin əsasını təşkil edir. Sonradan “Şəfəq-Asiman” üzrə, Abşeronun dayazsulu hissəsində və digər kəşfiyyat işləri də aparılmağa başlayıb. Bütün bu işlərin reallaşdırılmasına isə “Əsrin müqaviləsi”nin yaratdığı investisiya mühiti, 25 il ərzində qurulmuş infrastruktur və müasir texnologiya imkan verir.


Create Account



Log In Your Account