Feb 18 2019 18:08
Views: 313

 

“Yeni açılan yüksək sıxlıqlı polietilen zavodunun illik istehsal gücü 120 min ton civarında nəzərdə tutulur”. Bunu CBC-yə müsahibəsində SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Bildirib ki, yüksək sıxlıqlı polietilen zavodu “SOCAR Polymer” kompleksinin ikinci zavodudur. Kompleksin ilk zavodu olan Polipropilen Zavodu ötən il istifadəyə verilib.

“İkinci zavodun açılışı ilə artıq “SOCAR Polymer” vahid kompleks olaraq tam istismara verildi. Bu kompleksdə istehsal olunacaq məhsullar Azərbaycanda daha əvvəl istehsal olunmayıb. Yəni, onlar Azərbaycan bazarının tələbatının tam daxildən qarşılanması üçün şərait yaradacaq. Artıq bu məhsulların idxalına ehtiyac qalmır. Həmçinin, həmin məhsulların böyük hissəsi həm də ixrac olunacaq”.

“SOCAR Polymer” kompleksində istehsal edilən məhsulların 70 faizi Türkiyə, Avropa və digər ölkələrin bazarlarına ixrac ediləcək. Kompleksin ümumi istehsal gücü 300 min tondur.

“Zavod istismar dövründə 6,6 milyard dollar civarında ümumi gəlir gətirəcək. Həmçinin, büdcəyə birbaşa 600 milyon dollar vergi ödənişlərinin ödənilməsi nəzərdə tutulur. “SOCAR Polymer” kompleksinin istismara verilməsilə Azərbaycanın ümumi qeyri-neft ixracından daxil olan gəlirləri 18 faiz artacaq. Abşeron iqtisadiyyat bölgəsinin ümumi daxili məhsulu isə 14 faiz civarında artacaq”.

Kompleksin ümumi istehsal həcmi cari ildə 220 min ton təşkil edəcək, sonrakı illərdə isə 300 min tona çatdırılacaq.


Create Account



Log In Your Account