Jun 04 2020 18:24
Views: 336

Artıq Azərbaycanda istehsal olunan tibbi maskaların hazırlanmasında ölkəmizdə əldə olunan xammaldan istifadə olunur. Bu xammal SOCAR Polimer zavodunda istehsal olunur.    

Bura isə zavudun bir növ  beyinidir. Maska istehsalı üçün lazım olan polipropilenin hazıranması, saxlanılması və qablaşdırılması məhz buradan idarə olunur. Sözügedən xammal bir sıra labarator yoxlamalardan keçir və mütəxəssilər paramertlərinə görə materialın insan sağlamlığına ziyan vurmadığını təsdiqləyəndən sonra istifadəyə verilir.

Zavodda gündəlik olaraq 400 tona yaxın məhsul istehsal olunur. istehsal prosesi həftənin 7 günü, 24 saat dayanmadan davam edir. Maska istehsalı üçün nəzərdə tutulmuş polipropilen ümümu istehsalın yalnız bir hissəsidir.

Maska üçün lazım olan polipropilenin ölkədə istehsalı, xammalın xaricdən gətirilməsinə nisbətdə qat-qat daha ucuz başa gəldiyindən, bu faktor Azərbaycanda maskaların qiymətinin stabil aşağı olmasını təmin edəcək.Qeyd edək ki,  “SOCAR Polymer” şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilib.


Create Account



Log In Your Account