Dec 07 2019 19:54
Views: 184

SOCAR prezidenti Rövnəq Abdullayev Fransanın “TOTAL” şirkətinin hasilat üzrə prezidenti Arno Broyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR-TOTAL əməkdaşlığının “Abşeron” layihəsi çərçivəsində nailiyyətləri və əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün tədbirlər müzakirə olunub. Bildirilib ki, “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə qazılan quyuda işlər tamamlanıb. Qiymətləndirmə və hasilat üçün nəzərdə tutulan bu quyu 7 411 metr dərinliyə qazılmaqla hazırda Xəzər dənizində ən dərin quyudur. Arno Broyak qeyd edib ki, “Abşeron” yatağında həyata keçirilən bu layihə TOTAL-ın son 10 ildə ən böyük kəşfidir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. Bu da “Abşeron” və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR-ın yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir. Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunub. Qeyd edilib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərasizini əhatə edə bilər.


Create Account



Log In Your Account