Apr 04 2019 14:42
Views: 364

Aprelin 17-də SOCAR İstiqraz üzrə növbəti faiz ödənişi yerinə yetiriləcək. Bu, 2019-cu ildə ikinci, ümumilikdə isə 10-cu faiz ödənişi olacaq. “SOCAR Capital” şirkətindən CBC-yə verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar məbləğində vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin  Mərkəzi Bankdakı hesabına, oradan da vətəndaşların hesablarına köçürüləcək.

SOCAR İstiqrazları üzrə ikinci bazar əməliyyatlarının ümumi həcmi emissiyadan bəri 170 milyon dollar həcmini keçib. 2019-cu ildə birinci rüb ərzində artıq 110-dan çox əqd bağlanıb. Ümumilikdə istiqrazlar üzrə 1700 əqd bağlanıb. SOCAR İstiqrazları hazırda Bakı Fond Birjasında aən çox alınıb-satılan qiymətli kağız kimi özünü göstərir”.

SOCAR istiqrazlarının əsas üstünlüyü  likvidliyin yüksək olması, alqı-satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun vaxtında aparılmasındadır. Bundan əlacə, SOCAR istiqrazların istənilən zaman nominal qiymətinə geri almaq zəmanətini də verir.

Bu gün SOCAR istiqrazları üzrə birjada ən yaxşı alış qiyməti 1025 dollar, ən yaxşı satış qiyməti 1046 dollardır.

Aprelin 17-dəki ödənişdən sonra SOCAR istiqrazları üzrə bütün faiz ödənişlərinin tam yarısı ödənmiş olacaq. Bundan sonra istiqraz sahiblərinə daha 10 ödəniş həyata keçiriləcək. dollarda illik 5 faiz gəlir gətirən SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Vətəndaşlar bu qiymətli kağızları 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən əldə edə bilərlər.

 


Create Account



Log In Your Account