Jul 17 2019 19:05
Views: 559

Dollarda illik 5 faiz gəlir qazandıran SOCAR istiqrazlarının sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib. Bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlib. SOCAR istiqrazlarının əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı-satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır. 

Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb. Socar istiqrazları Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır.

5 illik müddətə buraxılan SOCAR istiqrazlarının iyulun 17-də ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış olub. Faizlər hər 3 aydan bir ödənilir. SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi oktyabrın 17-də baş tutacaq.


Create Account



Log In Your Account