Jan 17 2019 18:43
Views: 591

SOCAR istiqrazları sahiblərinə növbəti faiz ödənişləri edilib. Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar qiymətli kağız sahiblərinin hesablarına köçürülüb. SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan deyib ki, həmin vəsaitlər Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb və artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq.
2021-ci ilədək dövriyyədə olacaq SOCAR İstiqrazları üzrə daha 11 faiz ödənişi ediləcək. Bunun da müqabilində istiqraz sahibləri əlavə 13 milyon 750 min, bütövlükdə isə 25 milyon dollar gəlir əldə edə biləcəklər. Tolqa Kotanın sözlərinə görə, son zamanlar SOCAR istiqrazlarına tələbat yüksəlib.
Analitiklər hesab edir ki, SOCAR istiqrazları qiymətli kağızlar bazarına, ümumiyyətlə, maliyyə sektoruna müsbət impuls gətirib. SOCAR istiqrazlarının bazara buraxılması investisiya mühitində canlanmaya səbəb olub.
2016-cı ilin sentyabrında qiymətli kağızlar bazarına buraxılan SOCAR istiqrazlarının 5% illik gəlirliliyi var. Nominal qiyməti 1000  dollar olan SOCAR istiqrazları üzrə faiz ödənişləri hər üç aydan bir olmaqla ildə 4 dəfə ödənilir. Bu il növbəti faiz ödənişi aprelin 17-də  həyata keçiriləcək.


Create Account



Log In Your Account