Apr 17 2019 18:50
Views: 437

Bu gün SOCAR istiqrazlarına görə növbəti faiz ödənişi həyata keçirilib. Bu, 2019-cu ilin 2-ci, ümumilikdə isə 10-cu faiz ödənişidir. Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca 10-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlib. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 12 milyon 500 min dollar qazanmış olacaqlar.

Mövzu ilə bağlı CBC-nin  Xəbərlər buraxılışının qonağı olan SOCAR-ın maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu ilə söhbət etmişik.

Qeyd olunub ki, əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlib.


Create Account



Log In Your Account