Oct 15 2019 19:52
Views: 333

Oktyabrın 17-də SOCAR İstiqrazları üzrə 12-ci faiz ödənişində istiqraz sahiblərinin hesabına 1 milyon 250 min dollarlıq faiz ödənişi həyata keçiriləcək. Bununla da, 3 il ərzində faiz ödənişlərinin məbləği 15 milyon dollara çatacaq.
Ali Ağaoğlu bildirib ki, bu gün istiqrazların bazar qiyməti faizi ilə birlikdə 1030 dollara yaxındır. SOCAR İstiqrazlarının təkrar bazarda aktivliyi isə bu il  geriləyib.
Baş məsləhətçi bildirib ki, SOCAR İstiqrazlarını əldə edən insanlar arasında fiziki şəxslərin sayı artır. İstiqraz əldə edən kiçik və orta sahibkarların sayında da artım müşahidə olunur. Hazırda SOCAR növbəti qiymətli kağızlarını dövriyyəyə buraxmaq üçün işlər aparır.
Ali Ağaoğlu bildirib ki, SOCAR İstiqrazlarının daha 2 üstünlüyü var. Belə ki, SOCAR İstiqrazı sahibləri sərfəli şərtlərlə REPO əməliyyatı ilə qısamüddətli kredit əldə edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla müvafiq bankdan 2 il müddətinədək illik 15-16%-lə  manat krediti ala bilərlər.


Create Account



Log In Your Account