Feb 08 2019 15:52
Views: 376

SOCAR istiqrazlarının satış qiymətində artım müşahidə olunur. SOCAR CAPİTAL-ın məlumatına görə, əsas səbəb qiymətli kağızlar bazarında bu istiqrazlara tələbin çox olmasıdır. Bu gün qeyd olunan istiqrazların bazar qiyməti 1039-1041 dollar arasında dəyişir.

SOCAR istiqrazlarına yatırım edən vətəndaşların əksəriyyəti fiziki şəxslərdir. Şirkət rəsmisinin sözlərinə görə, məhz fiziki şəxslər həmin qiymətli kağızları rahat alıb-sata bilir. Bazarda SOCAR istirqazlarına olan tələb-təklifi daha çox fiziki şəxslər formalaşdırır.

2016-cı ilin sentyabrında qiymətli kağızlar bazarına buraxılan SOCAR istiqrazlarının 5% illik gəlirliliyi var. 5 illik zəmanətlə verilən istiqrazların ümumi həcmi 100 milyon, nominal dəyəri isə 1000 dollardır.  SOCAR istiqrazları sahiblərinə faiz ödənişləri hər üç aydan bir ödənilir əldə olunan gəlirdən vergi tutulmur.Bu il növbəti faiz ödənişi aprelin 17-də  həyata keçiriləcək.


Create Account



Log In Your Account