Mar 14 2019 19:10
Views: 213

SOCAR 2019-2023-cü illərdə İsveçrədə elektromobillər üçün 20 sürətli   elektrik enerjisi yükləmə məntəqəsi inşa edəcək. şirkət bununla bağlı İsveçrədə keçirilmiş tenderin qalibi olub. Bu barədə SOCAR-ın Tədbirlərin Təşkili  Və İctimaiyyətlə Əlaqələr İdarəsinin Rəis Müavini İbrahim Əhmədov CBC-yə məlumat verib. O bildirib ki, bu, SOCAR üçün yeni fəaliyyət növü kimi qiymətləndirilir.
Şirkət bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. İbrahim Əhmədov bildlrib ki, SOCAR-ın İsveçrədə 170 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir.  Onlardan 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq var.
İbrahim Əhmədov qeyd edib ki, SOCAR bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələri  şəbəkələrini və digər sərmayə qoyuluşlarını genişləndirir. Bu sərmayə qoyuluşları artıq Azərbaycana gəlir və mənfəət gətirir.


Create Account



Log In Your Account