May 30 2019 17:08
Views: 322

Azərbaycanın SOCAR şirkətinin inşa etdiyi STAR neftayırma zavodunun qarşısında duran əsas hədəf Türkiyənin daxili bazarının tələbatını qarşılamaqdır. Bu barədə Petkim şirkətinin direktoru Anar Məmmədov CBC-yə eksklüziv açıqlamasında bildirib. Onun sözlərinə görə, STAR zavodu ən qısa vaxtda neft və neft məhsullarının saxlama gücünü artırmaq niyyətindədir.

Direktorun sözlərinə görə, STAR Nefayırma zavodunda əsasən Rusiyanın Ural markalı nefti emal olunur. Lakin zavodun texniki imkanları neftin müxtəlif növlərini emal etməyə imkan verir. Yaxın vaxtlarda İraq neftinin emalı da planlaşdırılır.  Zavodda istehsal olunan nafta gələcəkdə Petkim komleksi üçün əsas xammal bazası olacaq.

SOCAR Türkiyədə neft və neft məhsullarının istehsal həcmini 50-60 faiz genişləndirməyi planaşdırır. Bu, məhz yeni neft-kimya kompleksinin tikilməsi sayəsində mümkün olacaq.

Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın Türkiyədə “SOCAR Turkey Energy” törəmə şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsilə SOCAR Türkiyə iqtisadiyyatına 14 milyard dollardan çox sərmayə yatırıb.


Create Account



Log In Your Account