Sep 23 2019 17:32
Views: 358

Oktyabrda SOCAR və BP mütəxəssisləri Aral dənizi akvatoriyasında geoloji kəşfiyyatın nəticələrini Özbəkistana təqdim edəcək. Bu barədə Özbəkistanın energetika naziri Alişer Sultanov CBC-yə eksklüziv müsahibəsində məlumat verib. Özbəkistan bazarına birgə çıxmaq barədə təşəbbüsü  SOCAR və BP bu ilin əvvəlində irəli sürmüşdü.

Nazir bildirib ki, SOCAR “Uzbeknefteqaz”ın strateji tərəfdaşıdır. Onun sözlərinə görə, qarşılıqlı faydalı əməkdaşlıq təkcə iki enerji şirkəti arasında deyil, insanlar arasında olan münasibət də birgə layihələri reallaşdırmağa və peşəkar kadrlar yetişdirməyə şərait yaradır. Alişer Sultanov qeyd edib ki, iki ölkənin enerji tərəfdaşlığı qarşısında Özbəkistanın investisiya bloklarında geoloji kəşfiyyatın aparılmasına dair razılaşma yeni imkanlar açır.

Alişer Sultanov bildirib ki, “Uzbeknefteqaz” Xəzər dənizinin şelfində bir neçə yataqlara investisiya imkanlarını nəzərdən keçirir. Özbəkistanın enerji şirkəti həm geoloji kəşfiyyatda, həm fə yataqların işlənməsində iştirak etmək niyyətindədir. Nazir qeyd edib ki, SOCAR-la “Uzbeknefteqaz” 3-cü ölkələrə çıxış məsələsini də gözdən keçirirlər. 


Create Account



Log In Your Account