Jan 18 2019 15:11
Views: 246

 Xəzər dənizinin Azərbaycan sektorunun əhəmiyyətli hissəsində təbii qaz və neft ehtiyatları sonadək araşdırılmayıb. Azərbaycanın dövlət neft şirkəti olan SOCAR yeni perspektiv yataqlarda fəal kəşfiyyat işləri aparır. Artıq bu il qazma işlərinin aparılması planlaşdırılır.

SOCAR xarici şirkətlərlə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda yeni istiqamətlərdə kəşfiyyat işləri həyata keçirir. Bu barədə CBC televiziyasına açıqlamasında SOCAR-ın nümayəndəsi İbrahim Əhmədov bildirib. Kəşfiyyat işləri əsasən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” yataqlarında həyata keçiriləcək. SOCAR ötən ilin mayında Norveç şirkəti “Equinor”la birgə kəşfiyyat və qiymətləndirmə işlərinin aparılması məqsədilə razılaşma imzalayıb.

“Qarabağ” neft yatağıdır. Digərlərinə perspektiv zonalar kimi baxılır. Buna görə də orda seysmik və qazma işləri aparmaq vacibdir. Qazma işlərinə bu il başlamaq planlaşdırılır. Bizim məqsədimiz mümkün qədər bu prosesə tez başlamaqdır. Bu istiqamətdə rəhbərlik səviyyəsində də, texniki səviyyədə də “Equinor” nümayəndələri ilə görüşlər keçirilir. Onlar tərəfindən də prinsipcə bu məqsədə çatmağa böyük maraq var”. 

Norveçin Equinor ilə SOCAR arasında imzalanmış sazişlər “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında razılaşmaları ehtiva edir.

“Qarabağ” yatağı bizim “Total” şirkəti ilə birgə işlədiyimiz “Ümid-babək”, “Abşeron” kimi yeni yataqlarla yanaşı perspektivli yataqlardan biridir. Xəzər dənizinin Azərbaycan sektorunun əhəmiyyətli bir hissəsi hələ kəşf edilməyib. Yəni, orda qazma işləri aparılmayıb. Biz hələ qazma işlərinin aparılmadığı bu yataqlarda ilk növbədə əhəmiyyətli təbii qaz ehtiyatların kəşf olunmasının gözləyirik”.

“Əşrəfi” yatağı 1999-cu ildə açılıb. Kəşfiyyat işləri nəticəsində bu yataqda 20-40 milyon ton karbohidrogen ehtiyatları aşkar olunub. 2000-ci ildə açılan “Qarabağ” yatağı isə Bakıda 130 kilometr şərqdə yerləşir. Yatağın ilkin neft ehtiyatları 100 milyon ton qiymətləndirilir.

 


Create Account



Log In Your Account