Apr 08 2019 18:22
Views: 226

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə  SOCAR arasında yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb. SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatlar yeni rəqəmsal portalda yerləşdiriləcək. SOCAR prezidenti Rövnəq Abdulalyevin  sözlərinə görə artıq təchizat ehtiyaclarına dair əsas məlumatlar vahid rəqəmsal məkanda təqdim ediləcək.

Rövnəq Abdulalyev bildirib ki, əsas məqsəd Şahdəniz, Azəri-Çıraq, SOCAR polymer və karbamid layihələrinə milli şirkətləri cəlb etməkdir ki buna 90 faiz nail olunub. Onun sözlərinə görə əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi və daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi də planlaşdırılır.Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlarla birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur.

Portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi idarə edəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ilkin mərhələdə idxalın əvəzlənməsi və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcək.

Socar prezidenti Rövnəq Abdullayev bildirib ki, şəffaflıq baxımından yeni portal çox mühümdür. Belə ki, yaradılacaq portalda  Dövlət Neft şirkətinin aldığı bütün mallar və göstərəcəyi xidmətlərin miqdarı və dəyəri   sahibkarlara açıq olacaq.


Create Account



Log In Your Account