Feb 01 2019 15:56
Views: 369

SOCAR Türkiyədə yeni aktivlər əldə etməklə qardaş ölkədəki biznesini daha səmərəli etmək niyyətindədir. Bunu CBC-yə müsahibəsində SOCAR-ın ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Bildirib ki, şirkət artıq Türkiyədə mühüm mövqeyə malikdir. Yeni şirkətlərin alınması ilə bu biznes genişlənəcək.

Müxtəlif investisiya imkanları nəzərdən keçirldikdən sonra Almaniyanın Eve şirkətinin alınmasına qərar verilib. Məhz bu şirkətin seçilməsinin də səbəbləri var.

SOCAR bu kabel vasitəsilə internetin istifadəçilərə çatdırılması imkanlarını məhz əldə etdiyi yeni Milenikom şirkəti ilə reallaşdıracaq. SOCAR rəsmisi bildirib ki, şirkətin xarici biznesi yalnız Türkiyədə deyil, Özbəkistanda da genişlənir. Uzbekneftqaz şirkəti ilə ötən il imzalanan anlaşma memorandumu çərçivəsində artıq işlərə başlanıb. Bu ölkənin Üstyurt regionunda potensial blokların ehtiyatları nəzərdən keçirilib.

Qeyd edək ki,SOCAR indi Azərbaycanda yeganə neft məhsulları istehsalçısıdır. Şirkət eyni zamanda İsveçrə, Gürcüstan, Rumıniya və Ukraynada 370-dən artıq yanacaqdoldurma məntəqəsinə sahibdir. SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan SOCAR Türket Enerji  bu ölkədə ən böyük neft-kimya kompleksi olan Petkim-in nəzarət səhm paketinin sahibidir. Eyni zamanda SOCAR-ın qardaş ölkədə STAR neft emalı zavodu, konteyner limanı, elektrik stansiyası kimi aktivləri mövcuddur.


Create Account



Log In Your Account