Apr 09 2019 19:02
Views: 350

Azərbaycan qazını Avropaya nəql edəcək “Trans-Adriatik” boru kəməri üzrə Albaniya sularında ilk dəniz borularının inşasına başlanılıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın Albaniyada ilk dəniz boruları müvəffəqiyyətlə sahilə çıxarılıb. Belə ki, TAP-ın dəniz hissəsinin mühəndislik, təchizat, tikinti və quraşdırma üzrə podratçısı İtaliyanın “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. Polad borular sahilə 1,4 kilometr məsafədəki gəmidə qaynaqlanıb. Daha sonra sınaqlar aparılıb və borular dənizin dibinə endirilib.


Create Account



Log In Your Account