Aug 01 2019 17:42
Views: 206

Azərbaycan və Qazaxıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub, iqtisadi-ticarət, mədəni-humanitar əlaqələrdə davamlı artım müşahidə olunur. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev diplomatik missiyasının başa çatması münasibətilə keçirdiyi rəsmi qəbulda deyib. Mən özümü Azərbaycanda evimdəki kimi hiss etmişəm – deyən diplomat bildirib ki, fəaliyyəti dövründə iki dost ölkə arasında əlaqələrin inkişafı üçün çalışıb. Beybit İsabayevin sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi son 3 ildə demək olar ki, 2 dəfə artıb. Qazaxıstan 2019-cu ildə Azərbaycana buğda tədarükünü 600-700 min ton, gələn il isə 1 milyon tona çatdırmağı nəzərdə tutur. Diplomat qeyd edib ki, indi Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər demək olar ki, bütün istiqamətlərdə inkişaf edir, bundan sonra tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı potensial var.


Create Account



Log In Your Account