Aug 13 2020 18:12
Views: 163

“Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı heç bir hüquqa məhəl qoymadan işğal edən Ermənistana qarşı bütün imkanlarımıza Azərbaycanın yanındayıq, Azərbaycanlı silahdaşlarımızın yanındayıq. Azərbaycan yalnız deyil”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışında deyib. Bildirib ki, Azərbaycan və Türkiyə iki ayrı dövlət olsa da, biz eyni millətik. Türkiyəli nazir bəyan edib ki, demək olar ki, bütün sahələrdə birgə icra olunan layihələr ölkələrimizi daha da güclü edir. “Bu layihələr bölgənin gələcəyini müəyyənləşdirir. Bütün təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün güclü orduya sahib olmalıyıq” – deyən Hulusi Akar bunun üçün ortaq təlimlərin önəmini qeyd edib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir. Təlimlərdə iştirak edən hərbçilərə təşəkkürünü bildirən Z. Həsənov qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu güclü ordu ilə təcrübə paylaşmaq bizim şansımızdır. Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcək.


Create Account



Log In Your Account