Apr 11 2019 18:07
Views: 310

Azərbaycanda həyata keçirilən gənclər siyasətinin qarşısında duran məsələlərdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsidir. Bunu “Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılmasına həsr olunmuş tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi. Qeyd etdi ki, prezident İlham Əliyev gənclərlə keçirdiyi son toplantıda səsləndirdiyi fikirlər də məhz milli mənəvi dəyərlərə sahib çıxmağa çağırışıdır.

Tədbirin əsas məqsədi sosial şəbəkələrdə tanınan və kifayət qədər izləyicisi olan bloggerlər, səyyahlar, stilistləri  “Azərbaycan deyəndə” şüarı altında bir şəbəkəyə birləşdirməkdir. Əsas ideya 4-5 milyon izləyicisi olan şəxslərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasın cəlb edilməsidir.

Sosial şəbəkədə özünü təqdim etməyin, kontent yaratmağın yolları barədə uğurlu nümunələr təqdim edildi. Çıxış edənlər İnformasiya müharibəsində  Azərbaycanın həqiqətlərinin  təbliğində sosial şəbəkənin rolu haqqında danışdılar.

Tədbir gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işin daha da geniş təbliğ edilməsi, sosial şəbəkələrə obyektiv məlumatların ötürülməsi ilə bağlı müzakirələrlə 


Create Account



Log In Your Account