Apr 01 2019 18:11
Views: 661

Bu gündən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri artır. Aprelin 1-dən əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan artımlar 9 növ sosial müavinəti¸ prezidentin adından təsis edilmiş 3 növ prezident təqaüdünü əhatə edəcək. 1-ci qrup əlillər isə əmək pensiyası alıb-almasından asılı olmayaraq 100 manat məbləğində prezident təqaüdü alacaqlar. Müharibə əlilləri və 1990-cı il 20 yanvar hadisələri ilə əlaqəli əlil olmuş şəxslərə müvafiq olaraq I qrup əliliyə görə 250, II qrup əlilliyə görə 230, III qrup əlilliyə görə  210 manat məbləğində təqaüd ödəniləcək.

Prezident İlham Əliyevin sərəncamı əsasında 2 yeni növ təqaüd təsis edilib. Bunlardan biri I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanı məhdud uşaqlara qulluq edən şəxslərə veriləcək təqaüdlərdir. digəri

Ümumilikdə prezident İlham Əliyevin imzaladığı sərəncamın əhatə dairəsinə 570 min nəfər düşəcək ki, bunun da 270 mini əlilliyi olan şəxslərdir. Qulluğa görə təsis edilən prezident təqaüdü təqribən 100 min vətəndaşı əhatə edədək. Müharibə əlillərinə verilən təqaüdlər isə 80 min nəfərə şamil olunacaq. İllik əlavə maliyyə yükü 400 milyon manat təşkil edəcək.


Create Account



Log In Your Account