Jan 29 2019 15:34
Views: 359

"2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub. Proqrama əsasən bu il  qeyd olunan şəxslərin reabilitasiyasına şərait yaradılması, respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, eləcə də asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi  nəzərdə tutulur.

Artıq proqram çərçivəsində bu il 20 yanvar əlillərinə birdəfəlik maddi yardım edilib. Cari ildə proqramın əhatə dairəsi daha da genişləndirilib.

Sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq yarışlarda iştirakı ilə bağlı nazirlik ötən il Milli Paralimpiya və Xüsusi Olimpiya Komitələri ilə yanaşı, Bodze İdman Federasiyası maliyyələşdirilib. Əlilliyi olan şəxslər asudə vaxtlarının təşkili məqsədilə Quba, Xaçmaz və Lənkəran rayonlarında yerləşən  istirahət mərkəzlərinə göndərilib.  Qeyd edək ki, kompleks tədbirlərin görülməsi məqsədilə  hər il əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı təsdiq olunur.


Create Account



Log In Your Account