May 15 2019 14:37
Views: 447

Azərbaycanda yeni pensiya konsepsiyası hazırlanır. Bu barədə CBC-yə müsahibəsində Əmək və Əhalini Sosial Müdafiəsi Nazirinin müavini  Anar Kərimov bildirib. 2019-cu ilin ilk rübündə pensiya sahəsində islahatların davamı olaraq planlaşdırılan yeni konsepsiyanın hazırlanmasına beynəlxalq ekspertlər cəlb olunub. BMT-nin İnkişaf Proqramı, eləcə də dünyanın qabaqcıl şirkətləri ilə məsləhətləşmələr aparılır. Əsas məqsəd pensiya sahəsində islahatlarda boşluqları doldurmaq və gələcəkdə əhalinin pensiya təminatının təkmilləşdirilməsini nəzərdə tutur.

Azərbaycanda hazırda 1 milyon 300 min pensiyası var. Bu ilin əvvəlində pensiya sahəsində aparılan islahatlar onların 4-də 1-nə toxunub. Hazırda müvafiq demoqrafik təhlillər, aktual hesablamalar aparılması zərurəti yaranıb. Əsas hədəf pensiyaçıların sayının getdikcə artdığını nəzərə alaraq dövlət qayğısının buna uyğunlaşdırılmasına və  əhalinin rifahını maksimum dərəcədə əks etdirməsinə nail olmaqdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı təkliflər üzərində işləyir və yaxın aylarda hökumətə növbəti sosial paket şəklində təqdim etməyə hazırlaşır.

Pensiya sahəsində elektronlaşma məsələsində də ilin ikinci yarısında yeniliklər gözlənilir. 36 min insana elektron qaydada pensiya təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron qaydada pensiya təyinatının əhatə dairəsini genişləndirmək məqsədilə xüsusi rütbəlilərin, əlilliyə görə, ailə başçısını itirdiyinə görə pensiya alanlar üçün də eyni şəraitin yaradılması üzərində işləyir. Başqa sözlə, vətəndaş məmnunluğunun təmin olnması istiqamətində fəaliyyət davam etdiriləcək. Qurum e-sosial portalı üzərindən məşğulluq alt sisteminin funksionallığının artırılması  istiqamətində də işlər həyata keçirəcək. Bu günə qədər portalda 20 mindən çox vətəndaş qeydiyyatdan keçib. Məşğulluq alt sistemi təkmilləşməsi ilə sosial sahədə baş verənlər işçi qüvvələrin inkişafına iqtisadi effekt verəcək,  əmək bazarının tənzimlənməsinə müsbət təsir göstərəcək.

Bu sistemin işə düşməsi işəgötürənin də işini asanlaşdıracaq. Çünki vakansiyaya uyğun namizədlərlə əlaqə yaratmaq imkanı əldə edəcək. Bu da işçi qüvvəsi tələbatının vaxtında ödənilməsi, eyni zamanda işsizlik problemini aradan qaldırmaqla vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək.


Create Account



Log In Your Account