Feb 12 2019 18:12
Views: 366

Azərbaycanda 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihə hazırlanıb. Azərbaycan hökumətinin BMT-nin İnkişaf Proqramı və Əhali Fondu ilə birgə icra etdiyi layihənin məqsədi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi, rifahının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviqidir. Layihə çərçivəsində əlilliyi olan şəxslər təlimlərə cəlb olunacaq, onlara öz kiçik bizneslərini yaratmaq üçün dəstək veriləcək. Layihə 1 milyon dollar dəyərində qiymətləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında imzalanan digər layihə isə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi”dir. Layihə yaşlıların rifah halının yaxşılaşdırılması yönəlib.

Sahil Babayev bildirib ki, bu layihələr Azərbaycan hökumətinin sosial təbəqələrə verdiyi önəmin göstəricisidir. Nazir qeyd edib ki, hər iki layihənin icrasına yaxın günlərdə başlanılacaq.

 


Create Account



Log In Your Account