Sep 24 2019 19:08
Views: 314

Sosial Tədqiqatlar Mərkəzi  illik hesabatını və eyni adlı “stm.az” saytını təqdim edib. Mərkəzin idarə heyətinin sədri Zahid Oruc bildirib ki, ötən müddət ərzində bir neçə sorğu həyata keçirilib. Bunlar təhsil sahəsini, ölkədə aparılan sosial-iqtisadi islahatlarla bağlı sahəni əhatə edib. Qeyd edib ki, yalnız sosial-iqtisadi artımlarla deyil, burada antidevalvasiya qərarları da yer alıb. Eyni zamanda, şəhid ailələrini əhatə edən məsələlərlə bağlı da böyük işlər hazırlanıb. Zahid Oruc əlavə edib ki, Azərbaycanda din-dövlət münasibətləri və ən əsası məmur-vətəndaş münasibətləri araşdırılıb.


Create Account



Log In Your Account