Jun 03 2019 19:07
Views: 690

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təkcə Bakıda yox, bütün respublika üzrə günərzi mərkəzləri yaradılacaq. Bu haqda CBC-yə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdiri Vüqar Behbudov məlumat verib. Onun sözlərinə görə, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında”  prezident sərəncamında bu şəxslər üçün günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Xüsusi kateqoriyaya aid uşaqlar kimi sağlamlığını itirmiş, valideyni olmayan və ya valideyn himayəsindən məhrum olan, risk qrupuna daxil olan uşaqlar, ahıl şəxslər, əlilliyi olan şəxslər, məişət zorakılığı və insan alveri qurbanları da aiddir. Proqram çərçivəsində valideynlərin özləri üçün də dəstək proqramlarının təşkİli nəzərdə tutulub.


Create Account



Log In Your Account