Feb 22 2019 13:45
Views: 653

Vaşinqtonda məşhur Qadınların Milli Demokratiya Mərkəzində Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş konsert keçirilib. Konsertdən öncə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi olduğunu bildirib. Münaqişənin indiki durumu haqqında məlumat verən sədir Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, pianoçu Nərgiz Əliyarova və gənc skripkaçı Azər Dəmirov çıxış edib. Konsertdə Qara Qarayev, Faiq Sücəddinov, Arif Məlikov və digər bəstəkarların əsərləri səsləndirilib. Tədbirdə Vaşinqtonda akkreditə olunan səfirlər və diplomatik korpusun digər nümayəndələri, yerli ictimaiyyət, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız iştirak ediblər. Qeyd olunub ki, musiqi Qarabağın ən əsas simvollarından biri olduğu üçün qonaqlara Qarabağ məhz bu dildə tanıtdırmaq önəmlidir.

 


Create Account



Log In Your Account