Jun 24 2019 19:27
Views: 573

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracı istiqamətində uğura imza atıb. Azexport portalının dəvəti ilə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı  həmçinin, bu sahədə dünya üzrə ilk onluqda yerləşən “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqların Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşü keçirilib. Azexport portalının meneceri Ayxan Qədəşov CBC-yə açıqlamasında bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub.
İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan qəbulu  və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub. Azexport portalı  texniki və keyfiyyət göstəricilərinə uyğun biyan  məhsulunun ixracında maraqlı olan sahibkarların da bu prosesə cəlb olunmasına çalışır.
Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə olunur. Əldə olunan məhsul ixrac edilməklə yanaşi həm də daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

 


Create Account



Log In Your Account