Aug 10 2020 17:57
Views: 232

İsrailin Təl-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin hücumunun qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. “İsraildə Azərbaycan Evi”nin təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox soydaşımız iştirak edib.

Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini pisləyiblər. “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qutun sözlərinə görə, aksiya zamanı qarşı tərəfin təxribatı da yaşanıb. Lakin aksiya güclü koordinasiya olunduğundan, erməni təxribatı baş tutmayıb.

Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.


Create Account



Log In Your Account