Mar 12 2018 18:23
Views: 2455

“Sərbəst özünüifadəsi” ilə tanınan azərbaycanlı rəssam. Arif Əzizin qeyri-adi və unikal yaradıcılıq üslubu alman modelyeri Leoni Mergenin diqqətini çəkib.  Bu da onun yolunu dizaynerin London moda həftəsində yeni kolleksiyasının nümayişi ilə kəsişdirib. Rəssamın sözlərinə görə, ictimaiyyət yaradıcı tandemin işini maraqla qarşlayıb və növbəti gün moda həftəsinin qonaqları azərbaycanlı rəssamla görüşə toplaşıblar.
Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində təqdim olunmuş və tənqidçilərin bəyəndiyi “Qarabağ kolleksiyası”ndan sonra reallaşan sayca ikinci layihəsidir. Hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Bu il Azərbaycanlı rəssamın 75 yaşı tamam olur.
40 ildən artıqdır Arif Əziz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Rəssam öz tələbələrinə yaradıcı axtarışın mahiyyətini aşılamağa çalışır. Arif Əziz öz üslubunu uzun illərdir qoruyub saxlaya bilib. Həm də axtarışdadır. Əməkdar artist deyir ki, sənətkar daim öz üzərində işləməlidir.
Arif Əzizin sənət əsərləri dünyanın müxtəlif ölkələrində böyük maraqla qarşılanıb. Rəssam bir neçə il Türkiyədə yaşayıb və çalışıb. İncəsənət xadiminə indiyədək Avropadan və Asiyadan təkliflər gəlir. Amma rəssam deyir ki,  ona ilham və yaradıcılıq gücünü verən doğma torpaqdır.


Create Account



Log In Your Account