Feb 27 2018 19:30
Views: 1275

Bakıda "Kiçik sahibkarlığa dəstək" adlı sərgi-satış  yarmarkası keçirilib. 300-dən artıq  sahibkar öz məhsullarını tanıtmaqla yanaşı, yeni bazarlar və əməkdaşlıq    üçün müzakirələrdə də  iştirak ediblər. Sərgidə   dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri,  yerli brendlər və  kənd təsərrüfatı sahəsinə aid məhsullar nümayiş olunub.   
Sərginin məqsədi  yerli biznesin və istehsalın  gücləndirlmısi üçün kiçik sahibkarlara yeni imkanlar təqdim etməkdir. Paytaxtda eyni zamanda "Kiçik sahibkarlığa dəstək" mövzusunda konfrans keçirildi. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirdi ki, ölkədə iri şirkətlərlə kiçik sahibkarların əməkdaşlığının artırılması və əlaqələrin  genişləndirilməsi ilə bağlı tədbirlər görülür. Eyni zamanda iri şirkətlərin qəbul etdiyi  bəzi  sifarişlərin  kiçik sahibkarlara ötürülməsi istiqamətində tövsiyyələr verilir. Nazir müavini  bildirdi ki, son dövrlərdə dünyanın  bir çox ölkəsində "Made in Azerbaijan" brendi tanınmış markaların yanında   yer alıb. Bununla yanaşı, ölkə ərazisində də yerli malların satışı üçün bir sıra işlər görülür.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün edilən güzəştlərlə yanaşı, investisiyaların təşviqi ilə bağlı da bir sıra sənədlər qəbul edilib. Rəsmi məlumata görə, Azərbaycanda 900 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib.


Create Account



Log In Your Account