May 17 2019 17:03
Views: 212

 

Mayın 15-dən Bakı Ekspo Mərkəzində başlayan yubiley 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi və 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi bu gün yekunlaşır. Keçən illə müqayisədə bu il sərginin ekspozisiya sahəsi artıb, sərgi kompleksinin tarixində ilk dəfə olaraq üçüncü zal açılıb. İştirak edən şirkətlərin və ölkələrin sayında da artım qeydə alınıb. Ümumilikdə bu il 40-dan çox şirkət sərgidə debüt edir. İştirakçıların 70%-ni xarici şirkətlər təşkil edir. Bu il sərgidə iştirak edən yerli şirkətlər öz məhsulları ilə yanaşı, nəhəng kənd təsərrüfatı texnikalarını da nümayiş etdirir. Ötən il lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlar nəticəsində fermerlərə dövlət dəstəyi artıb.

“Caspian agro” sərgisi tarixinin ən genişmiqyaslı tədbirini həyata keçirir. Sərgidə dünyanın 26 ölkəsindən 240 şirkətin nümayəndələri ştirak edir. Suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikasının geniş çeşidi təqdim olunur.

İki gün ərzində sərgini 9 min nəfər ziyarət edib ki, onların da 15% yaxınını xaricilər təşkil edir. Bu da sərgiyə olan marağın göstəricisidir.


Create Account



Log In Your Account