Aug 30 2019 18:12
Views: 595

Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, sədrin müavini Cavad Qasımov, Baş İdarə rəisləri, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edib. Sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirə aparılıb. Sərhəddə ticarət indikatoru üzrə görülən işlərdən bəhs edən İsmayıl Hüseynov “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi və faydaları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Daha sonra Komitə sədrinin müavini Cavad Qasımov məlumat verib ki, məcburi qərarların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər ilin sonuna qədər başa çatdırılacaq və sistemin tətbiqi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq.  Cavad Qasımov vurğulayıb  ki, gömrük nəzarəti metodlarının tətbiqi zamanı fiziki baxışın keçirilməsi 90% aradan qaldırılıb və gömrük-buraxılış məntəqələrinin infrastrukturunun yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir.

Gömrük təmsilçiliyi institutunun formalaşdırılması, yeni gömrük-keçid məntəqələrinin inşası, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması və digər istiqamətlərdə görülən işlər barədə də iştirakçılar məlumatlandırılıb.


Create Account



Log In Your Account