May 26 2020 14:12
Views: 333

Azərbaycanın xalq artisti, məşhur tarzən Ramiz Quliyev İranın milli orkestri ilə birgə layihədə iştrak edib. Layihədə azərbaycanlı bəstəkar Vasif Adıgözəlovun “Layla” əsəri səsləndirilib. İran milli orkestrinin baş dirijoru Ələkbər Qurbani əsəri İranın milli alətlərində ifa etmək üçün uyğunlaşdırıb. Layihənin özləlliyi həm də onun distant şəkildə həyata keçirilməsindədir. Bütün musiqiçilərin ifasının görüntüləri yekunda bir klip şəklində ərsəyə gəlib.  Klip İranda Bayram münasibəti ilə təqdim olunub və ölkədə böyük əks-sədaya səbəb olub.   

 


Create Account



Log In Your Account