May 24 2019 18:31
Views: 884

Əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi münaqişənin həlli prosesində çox müsbət bir addım olardı. Rusiya Xarici İşlər Nazirliyinin  ATƏT Minsk qrupunun həmsədrlərinin əsirlərlə bağlı təkliflər hazırlaması haqqında açılqlamasını şərh edən ekspertlər belə düşünürlər. Onların fikrincə istənilən müharibə və münaqişədə əsirlərin dəyişdirilməsi tərəflər arasında etimad mühitinin yaradılması baxımından vacibdir. Politoloq Arzu Nağıyev qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında keçirilmiş son görüşündə də müzakirə edilib.

Rusiyalı ekspert Yevgeni Mixaylov hesab edir ki, münaqişənin həllinə töhfə verəcək istənilən təklif və təşəbbüs müsbət qiymətləndiriliməlidir. Lakin tərəflər özləri də danışıqlarda irəliyə doğru addım atmağa hazır olmalıdırlar.

Ekspertlərin fikrincə, əsas məsələlərdən biri əsir və girovların təsnifatının düzgün aparılmasıdır. Buna tam aydınlıq gətirmədən prosesdə irəliyə diğru addım atmaq mümkün deyil. 

Ekspertlər qeyd edir ki, əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini Azərbaycan irəli sürüb.

Ekspertlər hesab edirlər ki,  Ermənistan danışıqların davam etdirilməsinə tərəfdar olduğunu göstərmək istəyirsə azərbaycanlı girovlar Dilqəm Əsgərovu və Şahbaz Quliyevi də azad etməlidir. Əks halda qarşılıqlı etimad mühitinin yaradılmasından danışmaq mənasız olacaq.  Daha əvvəl Rusiya Xarici İşlər nazirliyi ATƏT Minsk qrupunun həmsədrlərinin əsirlərin dəyişdirilməsi ilə bağlı tərəflərə təkliflər təqdim edəcəyini açıqlayıb.


Create Account



Log In Your Account