Sep 14 2019 17:12
Views: 281

1994-cü ilin sentyabından imzalnmış Əsrin Müqaviləsi karbohidrogen ehtiyatlarının istismarına dair ən böyük müqavilələrdən biri kimi tarixə düşüb. Azərbaycanın neft yataqlarının işlənilməsini nəzrədə tutan və 4 dildə hazırlanmış bu müqavilə 400 səhifədən ibarət idi. Müqavilə Azərbaycanın yeni neft strategiyasının əsasını təşkil edən bir sənəd kimi qiymətləndirilir.

2017-ci il 14-də Azərbaycan tarixində daha bir mühüm hadisə baş verdi. Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş Saziş imzalandı. “Yeni əsrin müqaviləsi” kimi tarixə düşmüş bu razılaşmada Azərbaycanın iştirak payı iki dəfədən çox, daha doğrusu, 11,6 faizdən 25 faizə qaldırıldı, mənfəət neftinin 75 faizi SOCAR-a verildi. Saziş yataqlardan hasil olunan səmt qazı əvvəlki kimi Azərbaycanda qalmasını nəzərdə tutur. Bu Saziş çərçivəsində xarici sərmayəçilərin Azərbaycan Dövlət Neft Fonduna ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində bonus ödəməsi nəzərdə tutulub.

Müqavilənin qüvvə olduğu müddətdə  3,5 milyard barreldən çox neft hasil edilib. AÇG-də ümumilikdə 124 neft hasilat quyusu istismarda olub. 5 il ərizndə AÇG sahəsinin işlənməsinə 36 milyard dollardan çox əsaslı kapital xərcləri qoyulub. Məhz “əsrin müqaviləsi”nin imzalanması nəticəsində Azərbaycanın qarşısında iqtisadiyyatını inkişaf etdirmək, milli dövlətçiliyini gücləndirmək və beynəlxlalq nüfuzunu artırmaq üçün yeni imkanlar açılıb.  


Create Account



Log In Your Account