Sep 20 2019 16:39
Views: 483

25 il öncə - 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin Müqaviləsi” kimi tanındı. 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb.

 

 -      1997-ci ilin noyabrında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək Azəri-Çıraq-Günəşlidən 488 milyon ton və ya 3.6 milyard bareldən artıq neft hasil edilib.

 

-      Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel Azəri-Çıraq –Günəşli nefti dünya bazarlarına daşınıb.

 

-      2006-cı ildən bəri, AÇG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınıb.

 

-      Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilib.

 

-      AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib

 

Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprelin19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi layihəsi təsdiqləndi.

Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.


Create Account



Log In Your Account