Aug 01 2019 18:15
Views: 221

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökümətini dəstəkləmək üçün dəvət olunan dördgünlük missiyanın nəticələri ilə bağlı dəyirmi masa keçirib. Təşkilatın Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır.  bu missiya dəyişməkdə olan yeni sistemi müşahidə etmək və layihənin müvəffəqiyyətlə həyata keçməsi istiqamətində təşkilatın tövsiyələrinin hazırlanması üçün böyük imkandır. Növbəti addım Azərbaycana uyğun ən yaxşı modeli hazırlamaq üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı pilot layihə üzərində işləməkdir. İlkin səhiyyə xidmətləri hər kəsin ilk təmasda olduğu xidmətdir və burada xəstəliklərin böyük bir hissəsini daha yaxşı aşkar və müalicə etmək imkanı olduğundan böyük əhəmiyyət daşıyır. Mütəxəssislərdən ibarət missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirməsi yolları ilə bağlı hesabatlar hazırlayıb. 1 ay müddətində bu hesabatların geniş versiyası  hökumətə təqdim olunacaq. Missiyanın tərkibinə 9 mütəxəssis daxildir.


Create Account



Log In Your Account