Apr 16 2019 18:41
Views: 696

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib. Konfransda milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, çdinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dini-ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadlğını diqqətə çatdırıb. O qeyd edib ki, media radikal fikirlərin qabardılaraq cəmiyyətdə yayılmasına yol verməməldir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin dini mövzuda bilikırinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də bu tədbirlər davam etməkdədir. O qeyd edib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi nəzərindən yanaşır.

Digər çıxışçılar da dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və media mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.


Create Account



Log In Your Account