May 28 2020 14:51
Views: 258

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən üç böyük körpü - “15 İyul Şəhidlər” körpüsü, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. Bu tarixi kompozisiya Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü,Türkiyə Xarici İşlər Nazirliyi, İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.


Create Account



Log In Your Account