Jan 23 2019 15:29
Views: 350

SOCAR-ın Türkiyədə ən böyük investisiya layihəsi olan Star” neft emalı zavodu“International Finance Awards” çərçivəsində “Ən yaxşı maliyyə layihəsi idarə edilməsi” mükafatına layiq görülüb. Mükafat layihə maliyyələşdirilməsinin 5 il müddətində saziş qaydalarına uyğun, təsirli və uğurla həyata keçirildiyinə görə verilib. Ümumi dəyəri 6,3 milyard dollar olan STAR layihəsi indiyədək bir çox mükafatlara layiq görülüb.

2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq, investisiya həcmi ümumilikdə 7 milyard dollara çatacaq. İstismara verilən STAR neft emalı zavodu bu il tam gücü ilə çalışaraq Türkiyə bazarına 10 milyard tona qədər neft emalı məhsulları çıxaracaq. “Star” neft emalı zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,5 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz, neft koksu və kükürd istehsal ediləcək.

 “Star” zavodunun açılış mərasimi ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutub. Zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. STAR zavodu “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Müəssisə yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb.


Create Account



Log In Your Account