Apr 27 2019 16:15
Views: 223

Maydan etibarən STAR neft emalı zavodu tam istehsal gücü ilə fəaliyyət göstərəcək. Bunu CBC-yə müsahibəsində zavodun baş direktoru Məsut İlter bildirib. İndiyədək zavodun 15 milyon barel neft emal etdiyini deyən Mesut İlterin sözlərinə görə, bu ilin sonunadək ümumilikdə emal olunan xam neftin həcminin 8 milyon tona çatdırılması planlaşdırır.
Dizellə yanaşı, zavodda təyyarə yanacağı istehsal olunurr, martdan daxili bazarda  satışlara başlanılıb.  Müəssisə  İstanbulun yeni hava limanına təyyarə yanacağının əsas tədarükçülərindən biri kimi tenderin qalibi olub, yeni hava limanına ildə 700 min ton təyyarə yanacağı tədarük olunacaq.
Mesut İlter deyir ki, zavodda planlaşdırılan bütün məhsullar istehsal olunur. Məhsulların satışı həyata keçirilir. Yanvar ayında "Petkim"ə nafta, daha sonra LPG verilməyə başlanılıb. daxili bazara satılan məhsulun miqdarı hissə-hissə artırılır. Bununla yanaşı, məhsulların ixracı da həyata keçirilir. İndi məhsullar 12-13 ölkəyə satılır.  Onların  sırasında Aralıq dənizi ölkələri, Afrika, Orta Şərq ölkələri üstünlük təşkil edir.  Star zavodu Türkiyənin yanacaq məhsulları idxalından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Müəssisənin bəzi məhsulları sırf Türkiyənin daxili tələbatını ödəməyə yönəldiləcək.
2020-dən etibarən zavodda illik  neft emalının 10 milyon tona çatdırılması hədəflənir. Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin investisiyası əsasında inşa edilən zavod Petkin neft kompleksinin ərazisində yeləşir. Türkiyənin İzmir şəhərində zavodun açılışı  ötən il oktyabrın 19-da olub.


Create Account



Log In Your Account