Apr 08 2019 18:29
Views: 260

İnternet biznes sahəsinə, startaplara marağı olan və bu sahədə özünü sınamaq istəyən gənclər üçün nəzərdə tutulan “Startap günləri” layihəsi təqdim olunub.  Azərbaycan İnternet Forumunun həyata keçirdiyi  layihəni Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dəstəkləyir. Əsas məqsəd ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılmasıdır.

Layihə 10 təhsil müəssisəni və bir neçə peşə təhsili müəssisəsini əhatə edəcək. Turizm yönümlü ixtisasların tədris olunduğu təhsil müəssisələrində təşkil olunacaq startap günləri 2 gün davam edəcək. Layihənin məqsədlərindən biri də biznes ideaları yarışı təşkil etmək və ən yaxşı komandaları seçməkdir. Təşkilatçılar 500-ə qədər gəncin birbaşa bu prosesdə iştirak edəcəyini gözləyir.

Bu sahəyə maraq göstərənlər üçün təlimlər də təşkil olunacaq. 3 ay müddətində davam edəcək layihənin sonunda “Startap Azərbaycan” yekun konfransı keçiriləcək. Sonra ideyaların biznesə çevrilməsi üçün “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət davam etdiriləcək.


Create Account



Log In Your Account