Feb 28 2019 18:25
Views: 437

“Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir”. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfransda deyib. Bildirib ki, ölkədə sahibkarlığın inkişafı üçün mühüm tədbirlər görülür. Ötən il 1000-ə yaxın sahibkarlıq subyektinə 160,2 milyon manat dövlətin güzəştli krediti verilib.

Yaxın zamanda Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət Mərkəzi” və “Biznes İnkubasiya Mərkəzi” fəaliyyətə başlayacaq. Bu mərkəzlər sahibkarların güzəştli kreditlərə çıxış  imkanlarının genişləndirilməsi, startapların dəstəklənməsində əhəmiyyətli olacaq.

Tədbirdə startapçılar müxtəlif sahələri əhatə edən yeni layihələrini təqdim ediblər. Gənc sahibkar və startapçıların təklifləri dinlənilib.

Konfransda startapçılar ilə investorlar arasında işgüzar münasibətlərin qurulması istiqamətində müzakirələr aparılıb.


Create Account



Log In Your Account